Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sülhməramlılar xidmətdə sərhəd tanımır: Erməni qadınlarına inanılmaz “jest”

128 Baxış

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlıları hər ötən gün bizi təəccübləndirməyə davam edir.

Belə ki, üzərlərinə götürdükləri öhdəlik regionda sülh və təhlükəsizliyi qorumaq olsa da, sülhməramlılar demək olar ki, bu öhdəliklərin icrasından başqa hər şeylə məşğul olurlar.

Gəldikləri ilk vaxtlarda ermənilərin şərəfinə badə qaldıran kim, əkin-biçində, bu yaxınlarda yayılan görüntülərə əsasən su çəkməyə kömək edən kim, regiona qanunsuz səfər edənlərə göz yumub, yaşıl işıq yandıran kim… Hamısı sülhməramlı… Məramı bu gün hər bir azərbaycanlıda şübhə doğuran sülh keşikçiləri…

Həmin o sülhməramlılar indi də qanlarını öz “əzizləri”nə (ermənilər – red.) hədiyyə etməklə gündəmə gəliblər.

“Dəyərliləri” – ermənilər müraciət ediblər ki, bəs, “bizə qan lazımdır”. Buna laqeyd qala bilməyən sülhməramlılar isə cəld tibb məntəqələrinə qaçıblar. Özünü çatdıranlardan 100 nəfər 40 litr qanını verib ermənilərə ki, “qansız” qalmasınlar. Amma sülhməramlılar bilmir ki, bu xalq “qansızlıq”da sərhəd tanımır. Qansız uzun illər yaşaya, hətta bir ömürlərini bu cür başa vura bilənləri də var.

Əslində, biz elə humanist xalqıq ki, bu addımı sadə humanitar yardım kimi də görə bilərdik. Amma bu o zaman olardı ki, sülhməramlıların məramı bu qədər qısa zamanda hər birimiz üçün müəmmalı olmazdı. Belə deyək, səmimiyyətlərinə inanmaq üçün cəmi bircə səbəbimiz qalardı.

İndi isə sadəcə düşünürük ki, nədir bu canfəşanlığın məqsədi? Əkin-biçininə kömək elə, torpağını suvaranda yanında ol, keflənib silah çəkəndə gözünü yum ki, amanın günüdü, birdən inciyərlər, gəlib-gedənə nəzarət etmə ki, qoy rahat olsunlar. Bütün bunlar az imiş kimi indi də damarında axan qanını çıxart, hədiyyə et.

Bəlkə də, biz bilmirik, “əziz sülhməramlılarımız” regiona ermənilərə xidmət üçün göndəriliblər? Amma istənilən halda, sülhməramlıların istismarına da göz yuma bilmərik. Daha əməyindən, gücündən, texnikasından istifadə edirsən, qanına niyə göz dikirsən?

Əslində ermənilərin xislətini ilk baxışdan görə bilməyən hər kəs sonradan anlayıb ki, onların qana tamah salması adi bir şeydir. Sıralarından saysız-hesabsız qaniçən çıxan, qana susamış quldurları özünə “qəhrəman” edən bir xalq necə ola bilər ki, qana tamah salmasın. Görünür indi də sülhməramlıların “qanını içirlər”.

Əsas məsələ… Azərbaycan Respublikasının Qarabağ bölgəsində sülhməramlı missiyasını yerinə yetirməli, təhlükəsizliyin zəmanətçisi kimi çıxış etməli və bütün bunlarla birlikdə tərəfsizliyini qorumalı olan Rusiya sülhməramlıları nəyə görə tərəflərdən biri üçün canını, hətta qanını ortaya qoyur, əsas missiyasına isə məhəl belə qoymur?

Bəs sülhməramlılar Azərbaycan torpağında bəlkə də (çox güman ki) hansısa terrorçuya qan verdiklərini düşünürlərmi? O terrorçunun qonaq olduqları torpağın sahibinə güllə atdığını unudurlarmı? Bu ehtimalı gözardı edirlərmi? Onların missiyası istənilən halda bu cür ola bilməz, olmamalıdır…

Bu məsələdə başqa bir ehtimal da var ki, o da ermənilərin qanlarını yeniləmək həvəsidir. Qanları qatışdırmaq, ruslara daha yaxın olmaq ehtimalı. Bəlkə də, düşünürlər ki, rusiyalı hərbçiləri tapmışkən onlarla qan qardaşı olmaq, qanlarını onların qanı ilə “yumaq” böyük bir nemətdir. Hiyləgər “qonşularımız” qandəyişmə prosesinə bundan çox əvvəl start veriblər.

Hələ aprel ayında sülhməramlı kontingentin tərkibindəki zabitdən hamilə qalan erməni qızı barədə məlumat ortaya çıxmışdı. Görünür, ermənilər sözün əsl mənasında sülhməramlılardan maksimum istifadə etməyə and içiblər. Sadaladığımız digər yanlışlar kimi, bu məlumatda əksini tapan vəziyyət də sülhməramlıların “missiyası” olmasa da, hər halda söhbət ermənilərdən gedəndə yenə də təəccüblənmək mümkün olmur.

Qandəyişmə və ya qanqarışma prosesinin bu cür təbii yolla tempi, çox güman, erməniləri razı salmayıb. Qadınlarının 9 ay gözləməsinə səbr göstərməyən ermənilər ona görə sülhməramlılara müraciət ediblər ki, bizə qanınızı bu yolla verin. Sülhməramlılar isə həmişə olduğu kimi onlara “yox” deyə bilməyiblər…

Orxan Tağıyev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678