Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynanın ən varlı azərbaycanlısı kimdir? – Varidatı açıqlandı

108 Baxış

Ukraynanın ən varlı 100 adamının siyahısı məlum olub.

Turanmedia.az KONKRET.az- a istinadən xəbər verir ki, siyahıya Rinat Axmetov başçılıq edir. Onun varidatının 10,64 milyard dollar olduğu müəyyən edilib.

Məlumata görə, TOP-100-də bir azərbaycanlı da yer alıb. Bu, Vaqif Əliyevdir. Onun sərvətinin 408 milyon olduğu bildirilir. Ukrayna vətəndaşı olan Əliyev Vaqif Əhməd oğlu 1968-ci ildə Türkmənistanda azərbaycanlı ailəsində anadan olub. 1982-ci ildə valideynləri ilə birlikdə Rusiyanın Kislovodsk şəhərinə köçüb. Onun yeniyetmıə yaşlarından ticarətlə məşğul olduğu, 18 yaşında özünə mənzil və avtomobil aldığı da bildirilir.

V.Əliyev “Mandarin Palace”, “Blockbuster Mall”, “Lavina Mall” və s. ticarət mərkəzlərinin sahibidir. Evli olan iş adamının Natella və Alina iki qızı var. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678