Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İqlim sammitində liderlər dərhal hərəkətə keçməyin vacibliyini vurgulayıblar

115 Baxış

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammitində (COP26) beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət başçıları çıxış ediblər.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bildirib: “bəşəriyyət uzun müddət iqlim saatı ilə oynayıb. İndi böyük fəlakətdən bizi cəmi 1 dəqiqə ayırır. Biz dərhal hərəkətə keçməliyik”.

Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, tədbir başa çatmadan dövlətlərin öz üzərlərinə kifayət qədər öhdəlik götürməsi uğurun açarıdır.

Hindistanın Baş naziri Narenda Modi vurğulayıb ki, ölkəsi 2070-ci ilədək karbon neytallığına nail olacaq. Modi ölkəsinin 5 vacib layihə üzərində işlədiyini iştirakçıların diqqətinə çatdırıb.

İclasa telekonfrans yolu ilə qoşulan kraliça II Elizabet qeyd edib ki, millətlər ümumi məqsəd uğrunda birləşdikdə ümid yaranır.

Qeyd edək ki, meteoroloji ölçmələr Yer kürəsində temperaturun sənaye inqilabınadək olan dövrə nisbətdə 1.1 dərəcə selsi qalxdığını göstərir. Yaxın tarixin ən isti dövrü 2011-2021-ci illər olub. 2015-ci ildən hər yeni istilik rekordu qeydə alınır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678