Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Marqarita Simonyan iki ölkənin arasını vurdu

140 Baxış

Marqarita Simonyan Serbiya ilə Rusiyanın sözün həqiqi mənasında arasını vurub.

Turanmedia.az-ın Konkret.az-a istinadla əldə etdiyi görüntülərdə erməni əsilli jurnalist, RT kanalının baş redaktoru Marqarita Simonyanın Rusiya Federasiyası ilə Serbiya dövlətinin münasibətlərinə necə xələl gətirməsindən bəhs edilir. Mariya Zaxarova və Marqarita Simonyanın söz-söhbətə səbəb olan çıxışlarını müzakirə edən rusiyalı ekspertin sözlərin görə, bu çıxışlara görə dövlət səviyyəsində üzr istənilməli idi. Lakin bu edilmədi.

Simonyanın Serbiya Prezidenti haqqında ağzına gələni danışması isə iki ölkə arasında münasibətlərin pozulmasına və Serbiyanın Rusiya, Belarus və Serbiya arasında keçiriləcək hərbi təlimlərdən imtina etməsinə səbəb olub. Ekspertin fikrincə, bu iki qadın, xüsusən də Simonyan heç kəsin edə bilmədiyini edib, iki dost ölkənin arasını vurub. Simonyanın bu hərəkəti Rusiya Prezidentinə təhqir hesab olunsa da, nə özü, nə də heç kim bu səhvə görə cavab verməyib.

Simonyanın erməni xisləti burada da özünü göstərib. Vəzifəsindən sui-istifadə edərək Rusiyanın əksər aparıcı kanallarını erməniləşdirməsi buna sübutdur. Ekspert Simonyanın dövlət qulluğunda bu cür düşünülməmiş çıxışı ilə iki qardaş ölkənin münasibətlərinə zərbə vurmasına münasibət bildirərkən deyib: “Əgər Simonyan bir də ağzını açarsa, onu heç kim dayandırmasa, biz yenə də kiminləsə, hansısa ölkə ilə pozuluşacağıq”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678