Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya MN-in hesabatında erməni terrorçunun təxribatına yer verilmədi

115 Baxış

Rusiya Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin noyabrın 13-dəki fəaliyyəti ilə bağlı hesabatı açıqlayıb.

 

Turanmedia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hesabatda minatəmizləmə əməliyyatlarından bəhs edilsə də, həmin gün Şuşada təxribat törətmiş 1975-ci il təvəllüdlü terrorçu Norayr Mirzoyanın Ermənistana təhvil verilməsi ilə bağlı heç bir məlumat qeyd edilməyib.

Qeyd edək ki, Mirzoyanın təxribatı nəticəsində üç azərbaycanlı hərbçi yaralanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması ilə bağlı birgə açıqlamasında Mirzoyana qarşı bir neçə maddələr üzrə cinayət işi açıldığı qeyd edilmişdi. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678