Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Karapetyanın qovulmasında Bakının təsiri: Paşinyan müdafiə nazirini niyə dəyişdi?

175 Baxış

İkinci Qarabağ Müharibəsindən sonra darmadağın edilmiş Ermənistan ordusuna rəhbərlik edəcək şəxsi tapa bilmir. Son 1 ildə müdafiə naziri postunda artıq 4-cü dəfədir ki, dəyişiklik edilir. Bu posta yenicə təyin edilmiş Arşak Karapetyan da vəzifəsindən kənarlaşdırılıb. Ermənistanda yaşanan son hadisələri hərbi ekspert Üzeyir Cəfərov şərh edib. Ekspert deyir ki, hazırda bu ölkənin siyasi gündəliyi Azərbaycanın diqtəsi ilə formalaşır.

Turanmedia.az xəbər verir ki, Ermənistan prezidenti Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib.

 

Baş nazir Nikol Paşinyanın təklifi ilə bu vəzifəyə Suren Papikyan təyin edilib. Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb. Təhlükəsizlik Şurasının iclasında çıxış edən hökumət başçısı bildirib ki, Karapetyanın fəaliyyəti ilə bağlı təhlil aparıb. O qeyd edib ki, müdafiə nazirinin işdən çıxarılması Azərbaycanla sərhəddə baş verən hadisələrlə bağlıdır.

 

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir.

 

Ermənistandakı mövcud vəziyyəti şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyir ki, bu ölkə 44 günlük vətən müharibəsindən sonra bu ölkədə hələ də çaşqınlıq höküm sürür. Ekspertin sözlərinə görə Azərbaycan tarixi qələbədən sonra imkanlarını daha da genişləndirib. Hazırda demək olar ki, Ermənistanın siyasi gündəliyi ölkəmizin diqtəsi ilə formalaşır. Üzeyir Cəfərov qeyd etdi ki, məğlub ölkədə müdafiə nazirlərinin tez-tez dəyişməsi Ermənistan ordusunun hələ də mövcud tələblər səviyyəsinə gətirilə bilməməsindən xəbər verir.

 

Üzeyir Cəfərov vurğuladı ki, yeni müdafiə naziri də Ermənistan ordusunun rəzil və acınacaqlı durumdan xilas edə bilməyəcək. Ekspert bildirir ki, Ermənistan təxribatlara əl ataraq sərhədlərin delimitasiyası və demarkasiya prosesini uzatmamlıdır. Bu ölkə artıq mövcud vəziyyətlə barışmaq məcburiyyətindədir. Ermənistan yaranmış vəziyyətdən yalnız sülh sazişini imzalamaqla qurtula bilər.  //Turanmedia.az

Mənbə: XəzərXəbər

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678