Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtaliyada sel fəlakəti: ölən və itkin düşənlər var

119 Baxış

İtaliyanın qərbindəki Sardiniya adasında leysan yağışlarının səbəb olduğu güclü sel və daşqın nəticəsində bir nəfər ölüb, 4-ü itkin düşüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, adanın cənubunda leysan yağışları Santanna Arresi qəsəbəsində daşqınlara səbəb olub. Daşqın nəticəsində 80 yaşlı qəsəbə sakini həyatını itirib.

Seldən zərər çəkən Kalyari şəhəri yaxınlığındakı Sarroç bölgəsində ova gedən 4 nəfərdən isə xəbər alınmır. İtaliya xilasetmə briqadası ovçuların axtarışını davam etdirir.

Noyabrın 16-da Kalyari şəhərindəki ibtidai və orta məktəblərdə təhsilin dayandırılacağı açıqlanıb.

Bölgədə meteoroloji həyəcan siqnalı sarıdan narıncıya yüksəlib. Qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678