Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanda batalyon komandiri mayor HƏBS OLUNDU – 16 noyabr hadisələrinə görə

129 Baxış

Ermənistanda batalyon komandiri vəzifəsini icra edən mayor G.Q. saxlanılıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Baş prokurorun müşaviri Qor Abramyan məlumat verib. Batalyon komandiri “noyabrın 16-da sərhəddə gərginlik zamanı hərbi qulluqçuların əsir götürülməsi və döyüş mövqeyini itirməsi” işi üzrə həbs edilib.

“7 nəfərlik bir qrup hərbçi ilə döyüş mövqeyini qoyub qaçaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verən batalyon komandiri tutulub”, – deyə prokuror bildirib.

Batalyon komandiri “döyüş növbətçiliyinin və ya hərbi xidmətin icrası qaydalarını pozma ağır nəticələrə səbəb olduqda” maddəsi ilə ittiham olunur. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678