Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya AÇIQLADI: “Ukraynanın cənub-şərqində müharibə ehtimalı yüksəkdir”

120 Baxış

“Ukraynanın cənub-şərqində hərbi əməliyyatların baş verməsi ehtimalı yüksəkdir”.

Turanmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu məsələ Rusiya üçün narahatlıq doğurur.

“Donbassda müharibə ehtimalı varmı” sualını Peskov belə cavablandırıb:

“Ukraynada hərbi əməliyyatların baş verməsi ehtimalı hələ də yüksəkdir. Bu, hələ də bizim üçün xüsusi narahatlıq doğuran məsələdir” – Peskov vurğulayıb.

Onun sözlərinə görə, Moskva Krımı qaytarmaq niyyətində olduğunu bəyan edən Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərini Rusiya və region üçün təcavüz sayır:

“Biz prezident Zelenskinin bəyanatlarını təhlil edirik. Parlamentdə çıxış edən Zelenski deyib ki, Krımın qaytarılması Ukraynanın əsas məqsədi və fəlsəfəsi olmalıdır. Biz bunu birbaşa Rusiya üçün təhlükə kimi görürük. Bu ifadə o deməkdir ki, Kiyev Rusiyaya təcavüz etmək üçün istənilən, imkanlardan, o cümlədən güc yolundan yararlanmaq niyyətindədir” – Peskov deyib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678