Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı

163 Baxış

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsxanadan ölkənin azərbaycanlı vətəndaşlarına məktub yazıb.

Turanmedia.az yeniavaz.com-a istinadən xəbər verir ki, məktubun fotosu və Azərbaycan dilində tərcüməsi sabiq prezidentin feysbuk hesabında yayımlanıb. Sözügedən məktubun mətnini təqdim edirik:

“Əziz və sevimli azərbaycanlı həmvətənlilərim. Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə, sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.

Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək.

Sevgi və hörmətlə, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678