Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Netanyahunun ailəsinin mühafizəsi ləğv edilir

120 Baxış

İsrailin sabiq baş naziri Benyamin Netanyahunun ailəsinin mühafizə xidməti bu gündən etibarən ləğv ediləcək.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Belə ki, Netanyahunun mütəmadi olaraq ailəsinin təhdid edilməsi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, nazirlər komissiyası sözügedən qərarı qəbul edib.

Keçmiş baş nazirin istefasından keçən 6 ay ərzində ailəsi mühafizə və sürücü ilə birlikdə avtomobillə təmin edilir. Həmin müddət dekabrın 13-də bitir. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678