Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Erməni nazir: Türkiyəyə ixrac sıfırdır

122 Baxış

1 yanvar 2021-ci ildən qüvvəyə minən Türkiyədən mal ixracı qadağasını uzatmaq niyyətindəyik.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

“Türkiyə ilə iqtisadi əlaqələr simmetrik olmalıdır. 2019-ci ildə Türkiyədən 268,1 milyon dollarlıq idxal, Türkiyəyə isə 2-3 milyon dollarlıq ixrac həyata keçirilib. Builki idxal onqat az, ixrac isə sıfırdır”, – o bildirib.

Qeyd edək ki, Türkiyədən Ermənistana əsasən Gürcüstan vasitəsilə ixrac həyata keçirilir. Qardaş ölkədən Ermənistana tekstil, kimyəvi məhsullar, qızdırıcı sistemlər və s. göndərilir. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678