Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Paşinyan Ermənistanı məhv etmək üçün hakimiyyətə gəlib” – Culfalakyan

124 Baxış

“Bu şəxs Ermənistanın maraqlarını qorumaq üçün yox, məhv etmək üçün hakimiyyətə gəlib”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin “Mənim addımım” fraksiyasının keçmiş üzvü Arsen Culfalakyan “Facebook” səhifəsində yazıb. O, Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndənin təyin edilməsini qeyri-adekvat addım adlandırıb.

“Guya baş nazir peşəkardır, parlament sədri, müdafiə, səhiyyə, iqtisadiyyat nazirləri, MTX rəhbərləri (sadalamayacam) öz işinin peşəkarıdır, indi də bizə əzab verirlər”, – deyə Culfalakyan hökumətin parlamentin vitse-spikeri Ruben Rubinyanı Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi təyin etmək qərarına istinadən yazıb. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair mənfi fikirdə olan Culfalakyan Paşinyanı türklərlə birləşib ölkəni məhv etməkdə günahlandırıb.

 

“Aydındır ki, (ən azı 9 noyabr 2020-ci ildən) baş nazir postunu tutan şəxs hakimiyyətə Ermənistan Respublikasının maraqlarını qorumaq üçün gəlməyib. Bu, məlumatsızlıqdan, bacarıqsızlıqdan irəli gəlmir, məhz məqsəd budur – ölkəmizdə az-çox işləyən hər şeyi məhv etmək. Bir sözlə, bu türkyönümlü anti-erməni proqramı ardıcıl olaraq həyata keçirilir. Əslində “dəmir mandat” elə bunun üçün lazım idi”, – deyə o yazıb. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678