Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvanla separatçılar arasında ilk açıq toqquşma

123 Baxış

Qarabağdakı separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan Nikol Paşinyanın “status Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasına etiraz edib. Deyib ki, Azərbaycanın tərkibində yaşamayacaqlar, onların maraqları ticarət obyekti deyil.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bu, müharibədən sonra separatçılarla İrəvanın açıq müstəvidə ilk qarşıdurmasıdır:

“Separatçı-terrorçu rejim Rusiya sülhməramlılarına bel bağlayır, amma bölgədəki erməni əhalisi üçün əsas dayaq nöqtəsi həmişə Ermənistan olub.

İrəvanın “qarant rolunun” sıradan çıxması ermənilərin seçimini – ya Azərbaycan idarəçiliyi altına yaşamaq, ya da köçmək – sürətləndirə bilər”. //Turanmedia.az

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678