Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya və İran Baydenin gücünü sınayır- Liberman

122 Baxış

Rusiya və İranla münasibətlər yeni ildə ABŞ-ın əsas problemlərindən biri olacaq, ona görə də bu ölkələrin liderləri ilə keçiriləcək danışıqlar Amerika, Avropa və Yaxın Şərqin gələcəyi üçün həlledici olacaq.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu amerikalı keçmiş senator Cozef Liberman deyib.

Siyasətçinin fikrincə, Moskva və Tehran Ağ Evin hazırkı administrasiyasının xarici siyasətinin gücünü sınayırlar:

“Qoşunların Əfqanıstandan alçaldıcı şəkildə çıxarılması ABŞ-ın dünyadakı müttəfiqlərində qeyri-müəyyənlik yaratdı və Rusiya və İranı fürsətçilərə çevirdi. İndi Rusiya Ukraynanı işğala hazırlaşır, İran isə nüvə silahı yaratmaq üçün uranı zənginləşdirməyə davam edir”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678