Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saakaşvili qara siyahının yaradılmasına başlayır

110 Baxış

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bir sıra güc və digər dövlət strukturları üzvlərinə qarşı qara siyahının yaradılmasına başlayır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının üzvü Roman Qoçiridze Saakaşvili ilə keçirdiyi görüş barədə danışarkən deyib.

Onun sözlərinə görə, siyahı bütün ölkəyə və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki, həmin şəxslərin xaricə getməsinə qadağa qoyulsun:

“Söhbətimiz zamanı başlıca məsələ parlamentdə müvəqqəti axtarış xidmətinin yaradılması oldu. Bu zaman Mixail Saakaşvili insanların siyasi təqibini həyata keçirən güc strukturlarının üzvləri – hakimlər, prokurorlar, polislər haqqında qara siyahıların hazırlanması ideyasını qeyd etdi. Bu siyahı bütün ölkələrə və beynəlxalq ictimaiyyətə bəlli olmalıdır ki, həmin şəxslərin xaricə səfər etmələrinə məhdudiyyət qoyulsun və onlara şəxsi sanksiyalar tətbiq edilsin.

Xalqa və siyasətçilərə qarşı güc təbiq edən şəxslər özlərinə var-dövlət toplamaqla məşğuldurlar və heç bir cəza almırlar. Bütün bu məsələləri üzə çıxarmaq üçün hüquqşünaslardan ibarət qrup yaradılmalıdır. Daha sonra həmin müəyyən olunmuş siyahını beynəlxalq tərəfdaşlarımıza təqdim etməliyik”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678