Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Burkina-Fasoda dövlət çevrilişi hazırlayan bir qrup hərbçi həbs edilib

119 Baxış
Burkina-Fasoda ölkədə hakimiyyəti ələ keçirməkdə şübhəli bilinən bir qrup hərbçi həbs edilib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı “Burkina” xəbər agentliyi ölkənin hərbi ədliyyəsinə istinadən məlumat yayıb.

“Hərbi tribunal yanvarın 8-də respublika təsisatlarında sabitliyi pozmağa cəhddə şübhəli bilinən qrup üzvlərindən birinin denonsasiyası ilə bağlı iş açıb”, deyə hərbi ədalət kommünikesində deyilir.

Qeyd edək ki, Burkina-Faso Prezidenti Rok Mark Kristian Kabore son aylarda ölkənin silahlı qüvvələrinin komandanlığında əsaslı dəyişikliklər edib. Eyni zamanda bir neçə hərbçi vəzifəsindən azad edilib.  //Turanmedia.az 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678