Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tükiyədən Pompeonun səfər planına reaksiya

156 Baxış

ABŞ Dövlət Katibi Mayk Pompeo geniş xarici səfərlər çərçivəsində cümə günündən başlayaraq Fransa, Türkiyə, Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına gedəcək.

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyədəki ən son rəsmi səfəri 2018-ci ildə olan Pompeo Ankaraya gəlməyəcəyini, İstanbulda Fənər-Yunan Pravoslav Patriarxı ilə görüşəcəyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məsələyə münasibət bildirərək qeyd edib ki, xarici dövlət xadimlərinin ziyarət etdikləri ölkələrdəki dini icmaların nümayəndələri ilə görüşməsində problem yoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678