Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Keçmiş arvadını və onun sevgilisini öldürüb intihar etdi

175 Baxış

Türkiyənin İzmir şəhərinin Gaziemir rayonunda kişi keçmiş arvadını qətlə yetirib. 

“Haber Global” xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

Fatih N. adlı şəxs 2017-ci ildə boşandığı 38 yaşlı Olena N.-dən olan 13 yaşlı qızı və 7 yaşlı oğlunu görmək üçün Dənizlidən İzmirə gəlib. 

Məlumatlara görə, qadın uşaqları axşam saatlarında keçmiş ərindən almaq üçün onun qaldığı otelə sevgilisi Həsən Yavuzla ilə gedib. Bu zaman tərəflər arasında mübahisə düşüb.

Fatih N. üzərindəki silahla H.Yavuza və keçmiş arvadına atəş açıb. Bundan sonra o intihar edib. 

Mübahisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678