Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Körpü canlı yayım zamanı dağılmağa başladı – VİDEO

149 Baxış

ABŞ-ın Şimali Karolina ştatında jurnalistlər pis hava şəraiti ilə bağlı canlı reportaj yayımlayarkən üzərində olduqları körpü sel suları nəticəsində dağılmağa başlayıb.

Wate.com xəbər verir ki, insident Aleksander dairəsi adlandırılan ərazidə baş verib.

Belə ki, efirdə olan jurnalist bir neçə gün davam edən güclü yağışlar səbəbindən çayda suyun artması barədə danışdığı an körpünün bir hissəsi dağılmağa başlayıb.

Körpünün üstündə olan insanlar dərhal ərazidən uzaqlaşıb. Xəsarət alan olmayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678