Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropa Komissiyası: Ukrayna xalqı Avropa ailəsinin bir parçasıdır

112 Baxış
“Heç bir şübhə yoxdur ki, bizim dəyələrimizi öz canları hesabına müdafiə edən bu cəsur xalq Avropa ailəsinin bir parçasıdır”.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Buxarestdə Rumıniya Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Aİ-yə üzvlüklə bağlı artıq yazılı müraciət göndərdiyini xatırladaraq bununla artıq bu istiqamətdə prosesin başladıldığını deyib.

“Təbii ki, bu məsələ Aİ üzvləri ilə müzakirə olunacaq. Hazırda bizim əsas diqqətimiz bu dəhşətli müharbəni necə sonlandıra biləcəyimizdədir. Müharibədən əvvəl bizim artıq Ukrayna ilə çox güclü iqtisadi əlaqələrimiz var idi və bu əlaqələri biz daha da gücləndirəcəyik. Ukraynanın Aİ-nin elektrik sistemi şəbəkəsinə qoşmaq üzərində işləyirik ki, bu proses də qarşıdakı həftələrdə tamamlanacaq. Biz bütün bunları Ukrayna ilə bilikdə keçəcəyik. Aİ Ukraynanın qətiyyətlə müşaiyət etməyə davam edəcək”, – Avropa Komissiyasının Prezidenti deyib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678