Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna ordusu Qostomeli GERİ ALDI

111 Baxış

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini Rusiya hərbçilərindən geri alıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Döyüşlər zamanı onlarla rusiyalı əsgərin həlak olduğu bildirilib. Bundan əlavə, Ukrayna hərbçiləri silah, texnika və rus hərbçilərinə məxsus şəxsi sənədləri ələ keçiriblər.

Qeyd olunub ki, Qostomel şəhəri hazırda Ukrayna qoşunlarının nəzarəti altındadır. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678