Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaponiya ilə münasibətlər GƏRGİNLƏŞDİ – Rusiya sülh danışıqlarından İMTİNA ETDİ

103 Baxış
Rusiya ilə Yaponiya arasında beynəlxalq münasibətlər gərginləşir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirməkdən imtina edir.

Yaponiya sanksiyalarına cavab olaraq, Rusiya Federasiyası yaponların Cənubi Kuril adalarına vizasız səfərlərini dayandırır və birgə iqtisadi fəaliyyətlərin qurulması ilə bağlı Yaponiya ilə dialoqdan çıxır.

İki həftə əvvəl Rusiya Federasiyası artıq Yaponiyanı dost olmayan ölkələr siyahısına əlavə edib.

Xatırladaq ki, məhz 1945-ci ildən Rusiya Federasiyası ilə Yaponiya arasında Cənubi Kuril adaları ilə bağlı mübahisəyə görə sülh müqaviləsi imzalanmayıb.

Son zamanlar tərəflər bu məsələdə irəliləyiş əldə ediblər. Lakin Ukraynadakı hərbi münaqişə ilə bağlı vəziyyət tərəflər arasında gərginliyi artırıb.

Hətta bu yaxınlarda Yaponiyanın Baş naziri Fumio Kisida Yaponiyanın Rusiyanın nəzarətində olan Kuril adalarını “əzəli torpağı” adlandırıb və adanın bir hissəsini ələ keçirmək niyyətində olduğunu rəsmən bəyan edib.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678