Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukraynanın silah anbarları dağıdılıb – Rusiya MN

109 Baxış
“Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə hərbi anbarını məhv edib”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

O, bildirib ki, martın 22-də Ukrayna hərbi obyektlərinə havadan və dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar atılıb.

“Ukrayna qoşunlarının Lisiçansk və Kramatorsk qəsəbələrində iri yanacaq və sürtkü materialları anbarları, Drujkovkada raket və artilleriya silahı anbarı, Nadejdinka və Novoaleksandrovkada silah-sursat anbarları məhv edilib”, – deyə Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi ümumilikdə Ukraynanın 83 hərbi obyektinin vurulduğunu açıqlayıb.

Onların arasında dörd komanda məntəqəsi, dörd zenit-raket kompleksi, üç raket və artilleriya anbarı, 68 hərbi texnika var.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678