Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Peskov: “Ermənistana dəstək olmayan Rusiyanı xəyanətdə günahlandırmaq qətiyyən əsassızdır”

275 Baxış

Dağlıq Qarabağdakı münaqişənin həllində Ermənistana dəstək olmadığı iddiası ilə Rusiyaya xəyanət qınağı qətiyyən əsassızdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva həm Azərbaycan prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın dostu hesab edir. O, Rusiyanın İrəvan və Bakı ilə münasibətlərə dəyər verdiyini bildirib.

Peskov Ermənistanla Avrasiya İqtisadi Qrupunda, KTMT-də bir yerdə olduqlarını, xalqlar arasında uzunmüddətli dostluq əlaqələrinin mövcudluğundan danışıb.

“Azərbaycanlılarla da eynilə belədir – biz dostluğumuzla, Azərbaycan xalqı ilə tarixi dostluğumuzu qiymətləndiririk. Məhz bu yanaşma Rusiyaya (Dağlıq Qarabağda nizamlanmada) tərəfsiz vasitəçi rolunu oynamağa imkan verdi”, – deyə prezidentin mətbuat katibi əlavə edib.

Peskov hesab edir ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağdakı münaqişənin həlli üçün bir neçə il əvvəl qan tökülməsinin qarşısını alacaq formullar təklif etdi.

“Bu formullar mövcud idi, beynəlxalq danışıqlar prosesinin iştirakçıları tərəfindən yaxşı tanınıb, amma təəssüf ki, bu və ya digər səbəbdən işləmədi. Əgər tətbiq olunsaydı, hətta iki il əvvəl olsaydı, çox güman ki insan itkisindən qaçmaq mümkün idi”, – deyə Peskov bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678