Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zaxarova: “Rusiya Azərbaycanla Ermənistanın sülh sazişi bağlamasına yardım edəcək”

129 Baxış
Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına aktiv yardım edəcək.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu günü keçirdiyi brifinqdə bildirib.

Zaxarova Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycanın Qarabağ regionundakı vəziyyətə də toxunub. XİN rəsmisi ölkəsinin tərəfləri üçtərəfli bəyanatlara ciddi əməl etməyə çağırdığını vurğulayıb: “Rusiyanın Müdafiə Nazirliyi və sülhməramlı kontingentinin komandanlığı gərginliyini azaltmaq üçün addımlar atır. Sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına ciddi şəkildə uyğun hərəkət edirlər”.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678