Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SON DƏQİQƏ: Lavrov Minsk Qrupunun dağıldığını elan etdi

300 Baxış
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun dağıldığını açıqlayıb. O bu barədə erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə fikir səsləndirib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Lavrov bunu fransız və amerkalı partnyorlarının rusofob mövqeyi ilə əlaqələndirib:

“Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob mövqe sərgiləyirlər. Rusiya ilə bağlı hər şeyi ləğv etmək istəyirlər və bizimlə bu formatda əlaqə saxlamayacaqlarını söyləyirlər. Əgər Qarabağda və bütövlükdə Zaqafqaziyada münaqişələrin nizamlanma prosesində öz maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir” – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri əlavə edib ki, Kreml Qrupdakı partnyorların bu yanaşmanı məsuliyyətsizlik sayır: “Bu addım bizi narahat etməyəcək. Biz Qarabağdakı vəziyyətin nizamlanmasına, Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda əldə edilən bütün razılaşmaların həyata keçirilməsinə sadiqlik nümatiş etdirəcəyik. Əgər Fransa və ABŞ belə bir addım atmaq qərarına gəlibsə, o zaman Allah onları mühakimə edəcək” – Lavrov fikirlərini tamamlayıb.  //Turanmedia.az
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678