Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qadından pul qoparmaq üçün özünü kişi kimi təqdim edən qız tutuldu – VİDEO

165 Baxış

Rusiyanın Omsk şəhərində qadından pul qoparmaq üçün özünü kişi kimi təqdim edən gənc qız saxlanılıb.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, 27 yaşlı Mədinə Auşahmanova zəngin qadınla sosial şəbəkədə tanış olub. Sonradan onunla görüşə çıxmağa hazırlaşarkən də diqqətlə hazırlaşıb, kişi kimi geyinib, səsini dəyişib.

Münasibətlər “isinəndən” sonra isə əməliyyat pulu lazım olduğunu deyib. Bundan sonra Mədinənin bank hesabına pullar axmağa başlayıb. Bir ay ərzində o, qızıl bilərzik, yeni telefondan başqa 300 000 rubl (6 610 AZN) qazanıb.

Ancaq sonra Mədinə əməlindən peşman olub və qadına hər şeyi etiraf edərək üzr istəyib. Zərərçəkən isə onu bağışlamayıb və polisə müraciət edib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678