Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Altay” istehsala buraxılır, “Javelin” də vura bilməyəcək

268 Baxış

Türkiyə iki il ərzində öz istehsalı olan “Altay” tankının seriyalı istehsalına başlayacaq, hazırda sınaqdan keçirilir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “CNN Türk” telekanalı məlumat yayıb.

“Altay” “Aselsan” tərəfindən işlənib hazırlanmış aktiv müdafiə sistemi ilə təchiz olunub. Bu sistemlər də tankı müasir tank əleyhinə raket kompleksləri, o cümlədən “Javelin” üçün əlçatmaz edir. İşlərin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. Tank yeni nəsil zirehlərlə təchiz olunacaq, atış məsafəsi 8 km olacaq. Atışın idarə olunması kompüter sistemindən istifadə etməklə həyata keçiriləcək”, – məlumatda bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678