Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Münaqişənin diplomatik yolla həlli yalnız bu halda mümkündür” – Şolz və Zelenski ŞƏRTLƏRİ AÇIQLADI

91 Baxış

“Ukraynadakı münaqişənin diplomatik yolla həlli yalnız Rusiya tərəfindən atəşkəs əldə edildikdən və qoşunların çıxarılmasından sonra mümkündür”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirlər Almaniya Kansleri Olaf Şolz və Ukrayna lideri Volodimir Zelenskinin mövcud vəziyyətlə bağlı müzakirəsində səsləndirilib.

Zelenski Almaniyaya müdafiə sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edib. Ukraynanın Avropa İttifaqına doğru irəlilədiyi yolda Berlinin köməyinə ümidvar olduğunu dilə gətirib.

 

Xatırladaq ki, mayın 12-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin müzakirəyə hazır olduğunu, lakin Moskvanın “real və substantiv danışıqlarda iştirak etmək istəmədiyini diqqətə çatdırıb. Rusiya lideri Vladimir Putin isə Olaf Şolzla telefon danışığında rəsmi Kiyevi danışıqlar prosesini əsaslı şəkildə əngəlləməkdə günahlandırıb.

Xarici işlər naziri Sergey Lavrov Ukrayna nümayəndə heyətinə ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyini deyib. Pentaqon isə danışıqlara müdaxiləni istisna edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678