Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Portuqaliyanın Baş naziri İrpen şəhərini ziyarət etdi

98 Baxış

Portuqaliyanın Baş naziri Antonio Kosta Ukraynanın İrpen şəhərini ziyarət edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, o, bu barədə “Twitter“də bildirib.

“Dağıntılar və zorakılığın səviyyəsi tamamilə inanılmazdır. Mən qəddar və əsassız hücumların şahidi oldum. Müharibə həmişə günahsız insanlara toxunur. Rusiyanın barbar müdaxiləsini pisləyirik. Portuqaliya Ukraynanı dəstəkləyir”, – Baş nazir deyib.

Portuqaliya hökumətinin başçısı bildirib ki, onun səfəri Ukrayna və onun xalqı ilə həmrəylik xarakteri daşıyır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678