Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vahid Ələkbərovun oğlu Rusiyanın ən zəngin varisidir – Atasının problemlərinə baxmayaraq

111 Baxış
Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərovun üzləşdiyi bütün problemlərə baxmayaraq, onun oğlu Rusiyanın ən varlı varisidir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, “Forbes” rusiyalı milyarderlərin ən zəngin varislərinin növbəti reytinqini tərtib edib.

Bu siyahıda 52 nümayəndə var, onlar cəmi 268 milyard dollar miras alacaqlar.

Forbes hesab edir ki, 29 aprel 2022-ci il tarixinə Rusiyada ümumi sərvəti 522 milyard dollar olan 113 milyarder var.

Bu məbləğ onların uşaqlarının ümumi sayına (340) bərabər bölünsə, onların hamısı orta hesabla 1,5 milyard dollarla milyarder olacaq.

Vahid Ələkbərovun yeganə oğlu Yusuf Ələkbərov uzun illərdir ki, ən varlı varis (21,4 milyard dollar) hesab edilir.
32 yaşlı Yusuf Ələkbərov şirkətin səhmlərinin 0,2%-nə sahibdir, 2022-ci ilin mayında onların dəyəri 90 milyon dollar idi. O, atasının 28,3% paketini də alacaq . 2022-ci ilin aprelində Britaniya sanksiyaları altına düşən Vahid Ələkbərov şirkəti tərk edib, ancaq öz səhmlərindən ayrılmayıb.

Kiçik Ələkbərovun 6 şirkəti olan Ekto holdinqi var. Gəlir baxımından ən böyüyü (2021-ci il üçün 11,4 milyard rubl) “Mercedes-Benz”in dileri olan “Lukavto”dur. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678