Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Etirazçılar İrəvan-Sevan yolunu bağladılar

282 Baxış
“Müqavimət” Hərəkatının nümayəndələri və vətəndaşlar İrəvan-Sevan yolunu bağlayıblar.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, onlar “Nikolsuz Ermənistan”, “Nikol satqındır” şüarları səsləndiriblər.

Bir müddət sonra polis etirazçıları zorla yoldan çıxarmağa başlayıb. Etirazçılardan biri səkiyə uzanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları onu yoldan çıxarmağa çalışıblar.

Xatırladaq ki, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyan bildirib ki, mayın 27-də səhər həm İrəvanda, həm də Ermənistanın rayonlarında etiraz aksiyaları təşkil olunacaq.

Saqatelyan hamını mayın 28-də ümummilli mitinqə toplaşmağa çağırıb. Bundan sonra yürüş baş tutacaq.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678