Zelenski rusiyalı jurnalistə və onun həyat yoldaşına Ukrayna vətəndaşlığı verdi

12 Baxış

Ukrayna prezidenti Volodimir Zelenski jurnalist Aleksandr Nevzorov və onun həyat yoldaşına Ukrayna vətəndaşlığı verib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib.

“Prezident Volodimir Zelenskinin fərmanı ilə Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorova Ukrayna vətəndaşlığı alıblar”, – Geraşenko Telegram-da yazıb.
Bundan əvvəl mediada jurnalistin həyat yoldaşı ilə birlikdə Ukrayna vətəndaşlığı üçün Kiyevə müraciət etdiyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Aleksandr Nevzorov Rusiyada axtarışa verilib.

Rusiya İstintaq Komitəsi jurnalistə qarşı cinayət işi açıb. İstintaqın məlumatına görə, o, Rusiya silahlı qüvvələrinin hərəkətləri barədə yalan məlumat yayıb.

Bundan əlavə, Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorovun qiyabi həbs olunmasını tələb edib.