Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hakerlər Ukraynanın futbol yayımını dayandıraraq Putinin çıxışını verdilər

123 Baxış
Hakerlər Ukraynanın “Futbol 1” telekanalını sındıraraq Putinin çıxışını veriblər.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Ukraynalı futbolsevərlərə vacib matç əvəzinə Ukrayna Silahlı Qüvvələrinin Donetski necə atəşə tutduğu nümayiş etdirilib. Milli komandanın 2022-ci il dünya çempionatında oynamaq hüququ uğrunda Uels yığması ilə yekun görüşünü yayımlayan “Football 1” telekanalına hakerlər hücum edib.

“Hücum haqqında birbaşa efir zamanı deməli oldum”, – oyun şərhçisi bildirib.

Telekanala kimin hücum etdiyi məlum deyil. Veriliş dayandırılıb və tamaşaçılara Rusiya televiziyasından xəbərlər, xüsusən də Ukraynadakı “xüsusi əməliyyat”ın gedişi, habelə Rusiya Prezidenti Vladimir Putinin jurnalist Pavel Zarubinə müsahibəsi göstərilib.

Daha sonra idman kanalı tamaşaçılardan üzr istəyib. Qarşılaşma 1:0 hesabı ilə Uelsin xeyrinə başa çatıb.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678