Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Macarıstanın xarici işlər naziri Zelenskini TƏHQİR ETDİ

127 Baxış

Spikerin ardınca Macarıstanın xarici işlər naziri də Zelenskini təhqir edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Macarıstan parlamentinin spikeri Laslo Keverin ardınca Ukrayna Prezidenti Volodimir Zelenskini psixi problemlərdə ittiham edib.

“Son aylarda Macarıstanda on minlərlə insan Ukraynaya və Ukrayna xalqına kömək etmək üçün çalışsa da, ukraynalı siyasətçilər davamlı olaraq Macarıstan haqqında qəbuledilməz tonda danışır, bizi təxribata çəkir, yalan danışır və bizi ləkələməyə çalışır. Onlar heç vaxt yüksək səslə minnətdarlıq etmədilər”, – Siyarto deyib.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Laslo Kever “tamamilə haqlıdır”.

Xatırladaq ki, daha əvvəl Macarıstan parlamentinin spikeri Laslo Kever deyib ki, “Volodimir Zelenskinin psixi problemləri var”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678