Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

F-16-lar verilməsə, Türkiyə bu addımı atacaq

114 Baxış
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olan 35 senatorun Baydenə Türkiyəyə F-16 qırıcı təyyarələrinin verilməməsi haqqında məktubunu ölkəmizə qarşı olan qrupların, lobbi mərkəzlərinin fəaliyyəti kimi dəyərləndirirəm.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.
Alimin sözlərinə görə, Bayden F-16 qırıcılarının verilməsi qərarından imtina etsə, Türkiyə də İsveç və Finlandiya ilə bağlı lazımi addımları atacaq:

“Baydenin Madriddə Ərdoğanla görüşü zamanı F-16-ların Türkiyəyə verilməsi ilə bağlı razılıq əldə olunub. Ölkəmizə verilən söz yerinə yetirilməlidir. Lakin buna mane olmaq üçün yunan lobbisi və Cənubi Kipr birlikdə ABŞ Konqresində iş aparır. Yunanıstan mediasında verilən xəbərlər və aparılan kampaniya da bunun təzahürüdür.

Təyyarələrin verilməməsi halında Vaşinqton Ankara kimi güclü bir müttəfiqi qarşısına almış olacaq. Çünki Türkiyə bu məsələdə çox ciddidir və F-16-ların verilməsi məsələsi ölkəmizin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılığı qarşısında irəli sürdüyü şərtlərdən biridir. Madriddə imzalanan memorandum hələ Türkiyə Böyük Millət Məclisində təsdiq edilməyib. Cənab Ərdoğanın da vurğuladığı kimi, verilən sözlər yerinə yetirilməsə, TBMM İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyəcək”. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678