Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FTX ermənilərin yalanını İFŞA ETDİ: “Türkiyə hərbçiləri Ermənistan sərhədini pozmayıb”

103 Baxış

“Türkiyə hərbçiləri Ermənistan sərhədini keçməyib”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində guya 3 türk əsgərinin erməni çobanlarını əsir götürdüyü və mal-qarasını ələ keçirdiyi barədə məlumatlar yayılıb. Guya onların Rusiya tərəfinin köməyi ilə geri qaytarıldığı da deyilirdi.

Bu məlumatı bütün rənglərlə boyamağa başlayan erməni mediası sürətlə yaymağa başlayıb. Ermənilərin yazdığına görə, “cəsur rus hərbçiləri köməyə gəlib, çobanları azad edib və mal-qaranı da geri qaytarıb”.

Lakin bir müddət sonra Ermənistan-Türkiyə sərhədində yerləşən və bütün bu hadisələrin baş verdiyi Araqaçavan kəndinin rəhbərliyi qəzəbli erməniləri sakitləşdirərək, heç bir türkün Ermənistana gəlmədiyini, çobanları əsir götürmədiyini, mal-qarasını ələ keçirmədiyini bəyan edib.

“Heç bir türk Araqaçavanı soxulmayıb, heç bir çoban əsir alınmayıb. İstisna etmirik ki, bu yalançı siqnal bir şəxs və ya bir qrup şəxsin məkrli və əsassız hərəkəti ola bilər”, – deyə məlumatda bildirilir.

Yerli hakimiyyət orqanlarının erməni mətbuatına istinadən verdiyi məlumata görə, əslində məsələ başqa cür olub.

“Sakinlərimizdən biri təsadüfən tikanlı məftillərə toxunub, siqnal işə düşüb. Siqnalın niyə işə salındığını yoxlamaq üçün icmanın qapıları rus və erməni qoşunları tərəfindən bağlanıb. Buna görə digər təsərrüfatda çalışanlar arasında çaxnaşma yaranıb ki, türklər guya sərhədi keçib tikanlı məftillərə toxunaraq kəndə daxil olublar”, – deyə hadisəyə aydınlıq gətirilib.

Kənd sakini tikanlı məftillərə özü toxunduğunu etiraf edib.

Daha sonra Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi və Milli Təhlükəsizlik Xidməti Türkiyə hərbçilərinin guya dövlət sərhədini keçməsi ilə bağlı erməni mətbuatında yayılan məlumatı təkzib ediblər.

“Təqdim olunan məlumatlar həqiqətə uyğun deyil. Hazırda Dövlət Sərhəd Mühafizəsi gündəlik xidmət rejimində çalışır”, – deyə Sərhəd Nəzarətinin mətbuat xidmətindən bildirilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678