Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Norveç millisinə Rumıniyaya uçmağa qadağa qoyuldu

149 Baxış

Futbol üzrə Norveç millisinə UEFA Millətlər Liqasında Rumıniya qarşı matça çıxmağa qadağa qoyulub.

“Sport24” xəbər verir ki, Norveç səhiyyə nazirliyi koronavirus pandemiyası ilə əlaqədar komandanın Rumıniyanın paytaxtı Buxarestə getməsinə icazə verməyib.

Səhiyyə nazirliyinin rəsmiləri COVID-19 virusunun geniş yayılmasını əsas gətirərək milli komandaya karantində oturmağı tapşırıb.

Rumıniya tərəfi isə rəqibi qəbul etməyə hazır olduqlarını və UEFA-nın bütün təhlükəsizlik protokoluna əməl edildiyini vurğulayıb.

Qeyd edək ki, Norveç noyabrın 15-də səfərdə Rumıniya milli komandası ilə qarşılaşmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678