Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan İqtisadiyyat Nazirliyi İranla ticarətin artmasına nəyin səbəb olduğunu bilmir

115 Baxış

Ermənistan İqtisadiyyat Nazirliyində İranla ticarətin artmasının səbəbinin nə olduğu barədə məlumat yoxdur.

Turanmedia.az xəbər verir ki, bu barədə KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Belə ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin ilk 5 ayında Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 246 milyon dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,7% artım deməkdir.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi isə bildirib ki, həmin dövrdə Ermənistan-İran sərhədindən yükdaşımaların həcmi praktiki olaraq dəyişməz qalıb.

Nəşr İqtisadiyyat Nazirliyinə yükdaşımaların həcminin praktiki olaraq dəyişməz qaldığı şəraitdə bu cür artımın hansı mallara görə və ya nəyə görə qeydə alındığını aydınlaşdırmaqla bağlı sorğu göndərib.

“Ermənistan İqtisadiyyat Nazirliyi sorğu edilən məlumata malik deyil”, – nazirliyin cavabında deyilir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678