Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Faciə baş verib, siz əylənirsiniz, utanmırsınız?” – Erməni qızın sözləri ƏLƏ SALINDI

113 Baxış

“Əyləncəni dayandırın, Ermənistanda faciə baş verib, utanmırsınız?”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu saatlarda İrəvanın “Yeraz” parkında “Titanik” əyləncə mərkəzində konsert keçirilir. Gənc erməni qız konsertə gələn kütləni biabır etməyə çalışsa da, cavabında ona ancaq gülüş və təhqiramiz ifadələr gəlib.

“Bu əyləncəni dayandırın, oğlanlarınızın sümükləri üzərində rəqs edirsiniz, Ermənistanda faciə baş verib, niyə buradasınız?
Utanmırsınız? Siz erməni deyilsiniz?”

Əslində baş verən faciəyə görə, bu gün əyləncələr ləğv olunmalı olsa da, erməni xisləti burada da özünü göstərir. Onlar nəinki başqalarına, hətta öz dərdlərinə də biganədirlər.

Qeyd edək ki, bundan əvvəl partlayış baş verən ərazidə Mar Marqaryan adlı musiqiçi kanonda musiqi ifa edib. Bu da ermənilərin qəzəbinə səbəb olub. Onlar sosial şəbəkələrdə ifaçını “yıxıb-sürüyüblər”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678