Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çində “Google Translate” xidməti dayandırılıb

90 Baxış

“Google” şirkəti Çində “Translate” tərcümə xidmətini “az istifadə” səbəbi ilə dayandırıb.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, IT nəhəngi son bir neçə il ərzində gərgin rəqabət, daha sərt tənzimləmə və internetin ağır senzurası fonunda Çin bazarını tərk edən bir sıra digər ABŞ internet şirkətlərindən nümunə götürüb.

Bildirilib ki, son illərdə Çində xaricilərlə rəqabət apara bilən yerli tərcümə xidmətlərinin aktiv artımı müşahidə edilir. “Google”un qərarında bu amilin də rol oynadığı vurğulanıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678