Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lapid: “Biz Ukraynanı dəstəkləyirik, amma Dəmir Qübbəni verə bilmərik”

74 Baxış

İsrailin Baş naziri Yair Lapid Ukraynaya hərbi yardım göstərməkdən imtinasını “sərhədləri keçmək” istəməməsi ilə izah edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə NEWSru.co.il məlumat yayıb.

“Bu (Dəmir Günbəzin Ukraynaya göndərilməsi), bir növ sərhədləri keçilməsidir və bir çox səbəblərə görə mənə yanlış görünən keçiddir. Mən milli təhlükəsizliyimiz üçün əhəmiyyətli olan bir sıra arqumentlərdən danışıram. Mən təfərrüatlara varmayacağam, amma belə bir siyasət mənə düzgün görünür. Bu, Ukraynanı və onun ərazi bütövlüyü prinsipini dəstəkləmək üzrə öhdəliklərimizi ləğv etmir”, – deyə Lapid bildirib.

O əlavə edib ki, İsrail Ukraynaya səhra xəstəxanası göndərən yeganə ölkədir və həmçinin humanitar yardım çatdırmaqda davam edir.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iddia edir ki, bir gün əvvəl Lapidlə telefonla danışıb. Danışıq zamanı Kiyevə hərbi, o cümlədən hava və raketdən müdafiə sahəsində yardımın göstərilməsi məsələsi müzakirə olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678