Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kennedinin qohumu Ukraynada döyüşüb – “Ölməyə hazır idim”

91 Baxış

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı nəvəsi Konnor Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunun üzvü olub. O, şimal-şərq cəbhəsində döyüşlərdə iştirak edib.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Konnor özü instaqram hesabında paylaşım edib.

Konnor Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin ilk günlərində Beynəlxalq Legiona könüllü olaraq qoşulub. Qohumları, dostları ondan narahat olmasın deyə, əlinə silah götürəcəyini yalnız bir nəfərə danışıb.

“Mənim döyüş təcrübəm yox idi, amma tez öyrəndim. Mən Ukraynada ölməyə hazır idim. Ukraynada qalma müddətim qısa oldu, amma çox şey gördüm. Hərbçi olmağı çox istəyirdim. Bu həm də çox qorxuncdur. Amma həyat sadədir, cəsarət və yaxşı əməlin mükafatı isə çox əhəmiyyətlidir. Ukraynadakı dostlarım niyə evə qayıtmalı olduğumu bilirlər. Bilirəm ki, geri qayıtdığım üçün şanslıyam, amma yenə də bütün riskləri götürməyə hazıram”, – deyə Konnor yazıb.

Konnor bu müharibəni hazırkı əsrdə demokratiyanın taleyini həll edəcək proses adlandıraraq insanları Ukraynaya köməyə səsləyib: “Mən sizi köməyə çağırıram. Legiona qoşulun, sərhəddə kömək edin və ya tibbi ləvazimat göndərin. Hər gün Ukraynada kimsə davamlı sülh üçün hər şeyi qurban verir”.

Qeyd edək ki, Konnorun qoşulduğu Legion hərbi könüllülərin – digər ölkə vətəndaşlarının xidmət etdiyi hərbi hissədir. Zelenskinin təşəbbüsü ilə Ukrayna hökuməti tərəfindən Rusiya ordusu ilə mübarizə üçün 2014-cü ildə yaradılıb.

Hazırda Ukraynanın Beynəlxalq Müdafiə Legionundan çoxlu əcnəbi könüllülər Kiyev, Xarkov, Lisiçansk və Mariupol yaxınlığındakı qaynar nöqtələrə göndəriliblər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678