Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Seulda Hellouin şənliyində ölənlərin sayı 151-ə çatdı

80 Baxış

Cənubi Koreyanın paytaxtı Seulun İtavon rayonunda keçirilən Hellouin tədbiri zamanı izdiham yaşanıb.

Turanmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı bir çox insanın infarkt keçirdiyi bildirilib.

“Yonhap” xəbər agentliyinin paylaşdığı məlumata görə, azı 59 nəfər ölüb, 150 nəfər yaralanıb.

Cənubi Koreya Prezidenti Yun Sok Yol yaralılara ilkin tibbi yardımın göstərilməsi və ərazinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təcili göstəriş verib.

Digər tərəfdən, yerli mətbuatda yer alan bəzi məlumatlara görə, adı açıqlanmayan bir məşhurun ​​gəlməsi ilə bağlı şayiələr yayıldıqdan sonra insanlar İtaevonda bir əyləncə məkanına axışaraq izdiham yaradıblar.

Qeyd edək ki, hakimiyyət orqanları hələlik insan tələfatı ilə bağlı rəsmi açıqlama verməyib.

Yerli media 100 minə yaxın insanın tədbirə qatılmaq üçün küçələrə axışdığını bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678