Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanda Puşkinin heykəlinin sökülməsi və adının hər yerdən götürülməsi TƏLƏB OLUNUR

74 Baxış

Ermənistanda görkəmli rus şairi Aleksandr Puşkinin heykəlinin sökülməsi tələb olunub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyanın siyasi həmkarı və daimi tərəfdaşı Tiqran Xzmalyan Ermənistanda Puşkinin abidələrinin sökülməsini və eyniadlı məktəblərin adının dəyişdirilməsini tələb edir.

Puşkinə qarşı mübarizə dalğası elə həddə çatıb ki, Paşinyanın Ukrayna səfirliyi ilə əlaqələr üzrə kuryeri Tiqran Xzmalyan Ermənistanda buna cavabdeh təyin edilib.

Xristian Demokrat Partiyasının üzvü Gevorq Yengibaryan bəyan edib ki, Puşkin erməniləri təhqir edib.

“Puşkin “Tazit” poemasında ermənilər alçaldıb. Bu cür təhqiramiz poema yazan Puşkinin adına İrəvanın mərkəzində küçə və məktəbin olması utancvericidir”, – deyə Yengibaryan bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678