Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə 43 miqrantın həyatını xilas etdi

86 Baxış

Türkiyənin sahil-mühafizə xidməti Egey dənizində keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 43 miqrantın həyatını qurtarıb.

Turanmedia.az-ın məlumatına görə, Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə İzmir şəhərinin Seferihisar rayonu sahillərində baş verib.

Belə ki, Yunanıstan tərəfindən köməksiz şəkildə tərk edilən və Türkiyə sularına doğru sürüklənən 2 rezin qayıq Egey dənizinin şərq sahillərinə çıxarılıb.

Bildirilib ki, miqrantlara ilkin yardım göstərilib və zəruri ehtiyacları ödənilib.

Daha sonra onlar miqrasiya idarəsinə aparılıblar. Hazırda araşdırmaların davam etdirildiyi qeyd olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678