Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəstəxanadan Pelenin səhhətilə bağlı açıqlama

73 Baxış

Pele hələ müalicə alır, vəziyyəti stabil olaraq qalır.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pelenin müalicə aldığı San-Paulodakı Albert Eynşteyn xəstəxanasından bildirilib.

“Pele respirator infeksiyası müalicəsinə yaxşı reaksiya verir. Son 24 saatda vəziyyəti dəyişməyib”, – xəstəxanadan bildirilib.

Qeyd edək ki, bədəni artıq bağırsaq xərçəngi ilə mübarizə aparmaq üçün kemoterapiyaya cavab vermədiyi üçün üçqat dünya çempionu palliativ baxım şöbəsinə köçürülmüşdü.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678