Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-ın Türkiyəyə “F-16” satışına qoyduğu qadağa götürüldü

63 Baxış

ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16” qırıcılarının satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb.

Turanmedia.az xəbər verir ki, Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıb.

Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan Nyu-Hempşir nümayəndəsi demokrat Kris Pappas, Florida ştatının respublikaçı nümayəndəsi Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis və Nyu-Cersi nümayəndəsi demokrat Frent Pellone daxil olmaqla 18 nümayəndə tərəfindən təqdim edilən və qanun layihəsinin Nümayəndələr Palatasının versiyasına əlavə edilərək qəbul olunan Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678