Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstandan Azərbaycana yeni aviareys açılır

98 Baxış

2023-cü ilin yaz-yay naviqasiya dövründə Astanadan Bakıya yeni uçuşların açılması gözlənilir.

Turanmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü ilin yaz-yay naviqasiya dövründə Aktau və Çimkənddən Ankaraya, Almatı və Aktaudan Mədinəyə, Astanadan Nyaçanqa, dekabrın 25-dən etibarən Astanadan Bakıya, Çimkənddən Düşənbəyə reyslərin açılması gözlənilir. Eyni zamanda, “Air Seychelles” aviaşirkəti dekabrın 26-dan etibarən Qazaxıstan və Seyşel adaları arasında Almatı-Mahe istiqamətində reyslər açmağı planlaşdırır”, – məlumatda deyilir.

Bildirilir ki, hazırda qazaxıstanlılar dünyanın 29 ölkəsinə birbaşa uçuşlar həyata keçirə bilirlər.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678